Ana Sayfa > Karusel / Dünya > Tramp: İsrail və region üçün qızıl dövr başlayacaq

Tramp: İsrail və region üçün qızıl dövr başlayacaq


Bu gün, 15:54. Yazar: Admin

Tramp: İsrail və region üçün qızıl dövr başlayacaq

İsrail və region üçün qızıl dövr başlayacaq.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp İsrail parlamentindəki çıxışında deyib.

“Hər kəs bizim vaxtımızı boş yerə xərclədiyimizi düşünürdü. Amma biz vaxtımızı boşa vermirdik. Biz istedadlı insanlarıq”, - Tramp HAMAS-İsrail razılaşmasını şərh edərkən bildirib.

O, İsrailin Baş naziri Benyamin Netanyahuya təşəkkür edib və onunla müzakirələrin asan olmadığını qeyd edib.

Tramp özünün Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoffa da razılaşmanın ərsəyə gəlməsinə görə minnətdarlığını bildirib.


Geri dön