Ana Sayfa > Karusel / Siyasət > Rəsmi Tehran İran-Azərbaycan-Rusiya formatının əhəmiyyətini açıqlayıb

Rəsmi Tehran İran-Azərbaycan-Rusiya formatının əhəmiyyətini açıqlayıb


Bu gün, 15:40. Yazar: Admin

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi

 

Bakıda keçirilən İran, Azərbaycan və Rusiya üçtərəfli görüşü regionda əlaqələndirmə üçün vacib mexanizmdir.

Qarabaginfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi mətbuat konfransında bildirib.

Bəqayi qeyd edib ki, bu format digər regional platformalarla yanaşı mövcuddur və iqtisadiyyat, ticarət və təhlükəsizlik sahələrində mövqelərin uzlaşdırılmasına yönəlib.

“Bu görüş göstərir ki, İran və onun qonşuları əməkdaşlıq vasitəsilə sabitlik və təhlükəsizliyin gücləndirilməsini nə dərəcədə yüksək qiymətləndirirlər”, - o vurğulayıb.

 


Geri dön