Ana Sayfa > Karusel / Dünya > Berlində yaşayış binasında partlayış baş verib, çox sayda xəsarət alan var

Berlində yaşayış binasında partlayış baş verib, çox sayda xəsarət alan var


Bu gün, 12:09. Yazar: Admin

Berlində yaşayış binasında partlayış baş verib, çox sayda xəsarət alan var


Almaniyanın paytaxtı Berlində bu gün yaşayış kompleksində partlayış baş verib, nəticədə 13 nəfər xəstəxanaya yerləşdirilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Spiegel” məlumat yayıb.

Məlumata görə, partlayış səhər saatlarında binanın birinci mərtəbəsində yerləşən mənzildə baş verib, ardınca yanğın başlayıb. Hadisədən sonra altımərtəbəli binanın sakinləri təxliyə olunub.

Polisin məlumatına görə, partlayış baş verən mənzilin sakini baş nahiyəsindən xəsarət alıb və xəstəxanaya aparılıb. Onun həyatı üçün təhlükə yoxdur.

Bildirilib ki, yanğın nəticəsində yaranan tüstü səbəbindən azı 45 sakin tənəffüs yollarının qıcıqlanması və digər xəsarətlərlə üzləşib. Ümumilikdə 13 nəfər xəstəxanaya yerləşdirilib.


Geri dön