Ana Sayfa > Karusel / Multimedia > Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb 

Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb 


Bu gün, 11:58. Yazar: Admin

Samvel Karapetyan

 

Ermənistan İstintaq Komitəsi Samvel Karapetyana qarşı irəli sürülən yeni ittihamlara aydınlıq gətirib.

Qarabaginfo.az bu barədə yerli mediaya istinadən xəbər verir.

Açıqlamada bildirilib ki, əslində, Komitə əvvəlki — çirkli pulların yuyulması ilə bağlı ittihamı “dəyişdirərək” təkmilləşdirib. İttihama əlavə olaraq Cinayət Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin 2 və 3-cü bəndləri də daxil edilib (xüsusilə böyük məbləğdə çirkli pulların yuyulması – hakimiyyət və ya vəzifə səlahiyyətlərindən və ya onlarla bağlı təsirdən istifadə etməklə).


Geri dön