Ana Sayfa > Karusel / Dünya > Kaya Kallas Kiyevdə səfərdədir

Kaya Kallas Kiyevdə səfərdədir


13-10-2025, 11:53. Yazar: Admin

Picture background

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu gün Kiyevə səfər edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə o, :X" sosial şəbəkəsində paylaşım edib.

“Bu gün mən Kiyevdəyəm – maliyyə və hərbi dəstək, Ukraynanın enerji sektorunun təhlükəsizliyi və Rusiyanın hərbi cinayətlərə görə məsuliyyətə cəlb olunması məsələləri üzrə danışıqlar aparmaq üçün buradayam”, – Kallas vurğulayıb.

 

O, həmçinin Ukrayna xalqının cəsarətini qeyd edərək bildirib ki, bu cəsarət “bütün dünyaya ilham verir”.

“Onların dözümlülüyü bizim tam dəstəyimizi tələb edir”, – Kallas əlavə edib.


Geri dön