Ana Sayfa > Karusel / Dünya > Rusiya MN-in yüksək rütbəli əməkdaşına qarşı terror aktının qarşısı alınıb

Rusiya MN-in yüksək rütbəli əməkdaşına qarşı terror aktının qarşısı alınıb


13-10-2025, 11:21. Yazar: Admin

Rusiya MN-in yüksək rütbəli əməkdaşına qarşı terror aktının qarşısı alınıb


Moskvada Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşına qarşı planlaşdırılan terror aktının qarşısı alınıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Bildirilib ki, FSB əməkdaşları Moskvada Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli zabitinə qarşı terror aktının qarşısını alıblar.

Əməliyyat zamanı terrorun icraçıları olan 3 Rusiya vətəndaşı və bir Mərkəzi Asiya ölkəsinin vətəndaşı saxlanılıb.

Qeyd olunub ki, "cinayəti Ukrayna kəşfiyyat orqanları beynəlxalq terror təşkilatı İŞİD ilə birgə təşkil edib".


Geri dön