Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Avropa İttifaqının yeddi ölkəsi Rusiyadan neft və qaz alışını artırıb
Ana Sayfa > Karusel / İqtisadiyyat > Avropa İttifaqının yeddi ölkəsi Rusiyadan neft və qaz alışını artırıb

Avropa İttifaqının yeddi ölkəsi Rusiyadan neft və qaz alışını artırıb


13-10-2025, 11:20. Yazar: Admin

 

qaz nəqli

2025-ci ildə Fransa, Belçika, Hollandiya, Xorvatiya, Rumıniya, Portuqaliya və Macarıstan Rusiyaya milyardlarla avro ödəyib.

Qarabaginfo.az bildirir ki, bu barədə Reuters rəsmi rəqəmlərə istinadən məlumat yayıb.

Agentliyin ekspertləri ilin ilk səkkiz ayı ərzində idxalı 11,4 milyard avro həcmində qiymətləndiriblər. Fransa 2,2 milyard, Hollandiya isə demək olar ki, yarım milyard xərcləyib. Nisbi mənada artım müvafiq olaraq 40 faiz və 72 faiz təşkil edib. Fransanın Energetika Nazirliyi Reuters agentliyinə bildirib ki, bu artım digər ölkələrə, ehtimal ki, Almaniyaya qaz tədarükü ilə bağlıdır.

Ötən ilin eyni dövrü ilə müqayisədə Portuqaliyada (167%), Rumıniyada (57%), Xorvatiyada (55%) və Belçikada (3%) alışlar da artıb.

Macarıstan və Slovakiya demək olar ki, yarısını (5 milyard avro) xərcləyərək ən böyük idxalçılar olaraq qalır. Onlar 2028-ci ilə qədər Rusiya qazını boru kəmərləri ilə almağa davam edəcəklər.

2021-ci ildə Avropa İttifaqı Rusiyadan 133 milyard avro dəyərində neft-qaz alıb. 2022-ci ildən idxalın həcmi  213 milyard avro olub. Bu isdə Ukraynaya yardıma xərclənən məbləği (167 milyard avro) əhəmiyyətli dərəcədə üstələyir.


Geri dön