Ana Sayfa > Karusel / Dünya > Zelenski iki gün ərzində Tramp ilə ikinci dəfə telefonla danışıb

Zelenski iki gün ərzində Tramp ilə ikinci dəfə telefonla danışıb


12-10-2025, 19:05. Yazar: Admin

Picture backgroundUkrayna Prezidenti Volodimir Zelenski son iki gün ərzində ikinci dəfə amerikalı həmkarı Donald Tramp ilə telefon danışığı aparıb.

 

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti “Telegram” kanalında bildirib.

“Elə indi ABŞ Prezidenti ilə danışdım. Söhbət çox məhsuldar keçdi. Dünənki telefon danışığında bu gün üçün mövzular müəyyənləşdirilmişdi. Bu gün razılaşdırdığımız mövzular üzrə müzakirələri davam etdirdik. Danışıqlarda Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, dayanıqlığın artırılması və enerji məsələləri müzakirə olundu. Prezident Tramp Ukraynadakı vəziyyət barədə hərtərəfli məlumatlıdır”, - deyə Volodimir Zelenski bildirib.


Geri dön