Ana Sayfa > Karusel / Siyasət > Valentina Matviyenko Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Valentina Matviyenko Prezident İlham Əliyevə təbrik məktubu göndərib29-12-2020, 19:45. Yazar: Admin |
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb. Qarabaginfo.az xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi qəbul edin. Siz Vətənə fədakar xidmətin, yüksək peşəkarlığın və fəal vətəndaşlıq mövqeyinin nümunəsisiniz. Azərbaycan Respublikasında aparılan islahatlar, siyasi sabitliyin və milli iqtisadiyyatın möhkəmlənməsi, vətəndaşların rifahının yaxşılaşdırılması kursu - bütün bunlar Sizə həm ölkə daxilində, həm də xaricdə inam qazandırmışdır. 2019-cu ilin aprel ayında Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının nümayəndə heyətinin Azərbaycan Respublikasına qarşılıqlı hörmət və qonaqpərvərlik mühitində baş tutmuş səfərini məmnunluqla xatırlayıram. Dövlətlərimiz arasında münasibətlərin parlament meyarlarına və diplomatiyasına göstərdiyiniz daimi diqqət və dəstəyi yüksək qiymətləndirirəm. Biz Müstəqil Dövlətlər Birliyi məkanında inteqrasiya proseslərinin möhkəmlənməsi üçün Rusiya və Azərbaycanın dostluq və qarşılıqlı anlaşmaya əsaslanan qarşılıqlı fəaliyyətinin bundan sonra da dərinləşməsinə böyük əhəmiyyət veririk. Hörmətli İlham Heydər oğlu, səmimi qəlbdən Sizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycanın rifahı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”. Geri dön |