Ana Sayfa > Karusel / Dünya > Rusiyanın nəhəng qaz emalı zavodu vuruldu

Rusiyanın nəhəng qaz emalı zavodu vuruldu


9-10-2025, 10:37. Yazar: Admin

Rusiyanın nəhəng qaz emalı zavodu vuruldu - Video

Rusiyanın Volqoqrad vilayətində yerləşən “Lukoyl-Korobkovski” qaz emalı zavodu PUA hücumuna məruz qalıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, PUA zərbələri nəticəsində zavodda güclü yanğınlar baş verib. Yanğınlar hətta NASA-nın FİRMS yanğın monitorinqi peyki tərəfindən də qeydə alınıb.

Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov isə bildirib ki, vurulan dronların qalıqları yanğına səbəb olub.

Qeyd edək ki, “Lukoyl-Korobkovski” zavodu Rusiyanın Cənub Federal Dairəsində ən böyük təbii qaz emalı müəssisəsidir. Zavodun illik emal gücü 450 milyon kubmetr təşkil edir. 


Geri dön