Ana Sayfa > Karusel / İqtisadiyyat > Rusiyada pensiyaları ödəmək üçün pul çatışmır

Rusiyada pensiyaları ödəmək üçün pul çatışmır


9-10-2025, 10:36. Yazar: Admin

 

Rusiyada pensiyaları ödəmək üçün pul çatışmazlığı yaranıb.

Qarabaginfo.az bildirir ki, bu barədə “Vedomosti” qəzeti xəbər verir.

2025-ci ildə Pensiya Fondunun təxminən 780 milyard rubl kəsiri olacağı gözlənilir. Bu da 2022-ci ildən sonra ikinci ən yüksək göstəricidir. 12 trilyon rubl məbləğində sığorta haqları ödənişlərin yalnız 70%-ni əhatə edəcək. Federal büdcə isə yalnız 3,6 trilyon vəsait ayıra biləcək.

İcbari tibbi sığorta sistemində də vəsait çatışmazlığı yaşanır. Bu da kiçik biznes üçün müavinətlərin və işsizliyə görə ödənişlərin ləğvi ilə bağlı müzakirələrə səbəb olur.


Geri dön