Ana Sayfa > Karusel / Dünya > Fransada Makrona qarşı impiçment təklifi qəbul edilməyib

Fransada Makrona qarşı impiçment təklifi qəbul edilməyib


8-10-2025, 16:53. Yazar: Admin

Fransa Prezidenti Emmanuel Makron

 

Fransa parlamentin aşağı palatasının ali kollegial orqanı olan Milli Assambleya Bürosu Prezident Emmanuel Makrona qarşı impiçment elan olunması təklifini qəbul olunmaz hesab edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Le Figaro nəşri məlumat yayıb.

Təklif müxalifətçi solçu “Üsyan edən Fransa” partiyası tərəfindən irəli sürülmüşdü. Təklifə qarşı Makronun partiyasının bütün deputatları səs verib. “Milli Birlik” partiyasının deputatları səsvermədə bitərəf qalıblar.


Geri dön