Ana Sayfa > Karusel / Dünya > Azərbaycanla Bosniya və Herseqovina arasında "1-ci Qərargah danışıqları” keçirilib
Azərbaycanla Bosniya və Herseqovina arasında "1-ci Qərargah danışıqları” keçirilib8-10-2025, 14:42. Yazar: Admin |
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina Müdafiə nazirlikləri arasında "1-ci Qərargah danışıqları" keçirilib. Qarabaginfo.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, müxtəlif idarələrin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə ikitərəfli əməkdaşlığın istiqamətləri müəyyən olunub. Tərəflər arasında 2026-cı il üçün ikitərəfli əməkdaşlıq planının layihəsi hazırlanıb. Geri dön |