Ana Sayfa > Karusel / Gündəm > Prezident 2 267 hərbçini “Ağdamın azad olunmasına görə” medalı ilə təltif etdi

Prezident 2 267 hərbçini “Ağdamın azad olunmasına görə” medalı ilə təltif etdi


29-12-2020, 15:53. Yazar: Admin

 

Prezident 2 267 hərbçini “Ağdamın azad olunmasına görə” medalı ilə təltif etdi

Dekabrın 29-da Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"

Qarabaginfo.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Ağdam rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 2 267 hərbi qulluqçu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunub.

Təltif edilənlərin 1-i general-leytenant, 15-i polkovnik, 41-i polkovnik-leytenantdır.


Geri dön