Ana Sayfa > Karusel / Kriminal > Türkiyə polisi əməliyyat keçirib, Hadisə, İrem Derici, Kubilay Aka və başqa məşhurlar saxlanılıb

Türkiyə polisi əməliyyat keçirib, Hadisə, İrem Derici, Kubilay Aka və başqa məşhurlar saxlanılıb


8-10-2025, 10:16. Yazar: Admin

Türkiyə polisi əməliyyat keçirib, Hadisə, İrem Derici, Kubilay Aka və başqa məşhurlar saxlanılıb - YENİLƏNİB

İstanbul polisi bu gün səhər saatlarında əməliyyat keçirib, bir sıra məşhur müğənni, aktyor və aktrisalar saxlanılıb.

Qarabaginfo.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, saxlanılanlar Kubilay Aka, Kaan Yıldırım, Hadise Açılgöz, Berrak Tüzünataç, Duygu Özaslan Mutaf, Demet Evgar Babateş, Zeynep Meriç Aral Keskin, Özge Özpirinçci, Feyza Altun, Derin Talu, Deren Talu, Ziynet Sali, Birce Akalay, Metin Akdülger, Ceren Moray Orcan, Dilan Polat, Engin Polat, Simge Sağın, Mert Yazıcıoğlu kimi məşhurlardır.

İstanbul Baş Prokurorluğu tərəfindən “narkotik və ya stimullaşdırıcı maddə istifadə etmə” cinayəti ilə əlaqədar başladılan istintaq çərçivəsində saxlanılanlardan qan nümunələri alınması üçün göstərişlər verilib.

 

Türkiyəli müğənni İrem Derici narkotikdən istifadəni təşviq etmək ittihamı ilə Şişlidəki evində saxlanılıb.

Qarabaginfo.az xəbər verir ki, İstanbul Respublika Prokurorluğunun başlatdığı istintaq çərçivəsində 38 yaşlı sənətçi İrem Derici narkotikdən istifadəni təşviq etmək ittihamı ilə Şişlidəki evində jandarma qrupları tərəfindən saxlanılıb.

Müğənninin vəkili Ayşegül Mermerin verdiyi açıqlamada, ifadə vermək üçün polis bölməsinə getdiklərini bildirib: “Hələlik işin mövzusu ilə bağlı bizə heç bir rəsmi məlumat verilməyib. Proses aydınlaşdıqca ictimaiyyətə məlumat veriləcək".


Geri dön