Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Region > Gürcüstanda dövlət çevrilişinin təşkilində günahlandırılan 5 nəfər həbs olunub
Gürcüstanda dövlət çevrilişinin təşkilində günahlandırılan 5 nəfər həbs olunub7-10-2025, 15:01. Yazar: Admin |
Oktyabrın 4-də Tbilisidə keçirilmiş etiraz aksiyasının təşkilat komitəsinin 5 üzvü - Vahid Milli Hərəkat Partiyasının nümayəndələri - İrakli Nadiradze və Murtaz Zodelava, polkovnik Laşa Beridze, “Ağmaşenebeli strategiyası” partiyasının baş katibi Paata Mancqaladze və “Rustaveli prospekti” hərəkatının lideri Paata Burçuladze barəsində həbs qətimkan tədbiri seçilib. Həmin şəxslər Gürcüstanda konstitusiya quruluşunun zorakılıq yolu ilə devrilməsi və yaxud dövlət hakimiyyətinin dəyişdirilməsinə çağırışlarda, həmçinin qrup halında zorakılığın təşkilində, rəhbərlik və iştirak etməkdə, strateji əhəmiyyətli obyekti ələ keçirmək cəhdində ittiham olunurlar. Günahlarının sübuta yetiriləcəyi halda onlar 9 ilədək müddətə azadlıqdan məhrum ediləcəklər.
Geri dön |