Ana Sayfa > Karusel / Dünya > Peskov: ABŞ-ın Ukraynaya “Tomahawk” raketləri verməsi eskalasiyaya doğru addımdır

Peskov: ABŞ-ın Ukraynaya “Tomahawk” raketləri verməsi eskalasiyaya doğru addımdır


7-10-2025, 14:55. Yazar: Admin

Picture background

ABŞ-ın Ukraynaya “Tomahawk” raketləri verməsi eskalasiyaya doğru bir addım olacaq.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, prezidenti Vladimir Putin Rusiyanın ABŞ-ın Ukraynaya “Tomahawk” raketləri verməsi ilə bağlı mövqeyini açıqlayıb: "Bu, eskalasiyaya doğru bir addım olacaq, lakin Kiyev üçün vəziyyəti dəyişə bilməyəcək”, – Kremlin sözçüsü vurğulayıb.

Peskov əlavə edib ki, Rusiya Trampın Ukrayna münaqişəsinin sülh danışıqları vasitəsilə həllini asanlaşdırmaq iradəsini qoruyub saxladığına inanır.

Qeyd edək ki, Tramp praktiki olaraq Ukraynaya “Tomahawk” raketlərinin tədarükü ilə bağlı qərar qəbul etdiyini açıqlayıb.


Geri dön