Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > Kreml Zelenskinin keçmiş müşaviri Arestoviçin təklifinə münasibət bildirib
Kreml Zelenskinin keçmiş müşaviri Arestoviçin təklifinə münasibət bildirib7-10-2025, 14:42. Yazar: Admin |
Kreml Ukrayna Prezidentinin keçmiş müşaviri Aleksey Arestoviçin “Ukraynanın dörd regionunun və Krımın rəsmi tanınma olmadan” Rusiyaya verilməsi təklifinə münasibət bildirib. Qarabaginfo.az xəbər verir ki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Arestoviçin fikirlərinin Ukrayna hakimiyyətinin rəsmi mövqeyini əks etdirmədiyini deyib. Konkret məsələlər üzərində çalışdıqlarını vurğulayan Peskov Kiyevlə bu konkret məsələlərlə bağlı danışıqlarda ciddi fasilə yarandığını qeyd edib. “Bu, bizim günahımız ucbatından olmayıb”, - Kremlin sözçüsü əlavə edib.
Qeyd edək ki, Arestoviç rusiyalı jurnalist Kseniya Sobçaka müsahibəsində Ukraynanın dörd regionunu (Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətləri) və Krımı rəsmi tanınma olmadan Rusiyaya verilməsi ideyası ilə razılaşıb. Xatırladaq ki, Arestoviç Ukraynanı tərk edib. Geri dön |