Ana Sayfa > Karusel / Siyasət > Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib6-10-2025, 16:12. Yazar: Admin |
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 6-da Azərbaycana səfərə gəlib. Qarabaginfo.az xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğızıstan Prezidenti Sadır Japarovu hava limanında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar. Geri dön |