Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azad edilmiş ərazilərdə daha 156 mina, 517 PHS aşkarlanıb
Ana Sayfa > Karusel / Qarabağ > Azad edilmiş ərazilərdə daha 156 mina, 517 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 156 mina, 517 PHS aşkarlanıb


6-10-2025, 12:57. Yazar: Admin

Picture background

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (29.09.2025-05.10.2025) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Qarabaginfo.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 82 piyada əleyhinə mina, 74 tank əleyhinə mina, 517 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 432,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.


Geri dön