Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > Danimarka öz sularından keçən neft tankerlərinə nəzarəti gücləndirir
Danimarka öz sularından keçən neft tankerlərinə nəzarəti gücləndirir6-10-2025, 12:35. Yazar: Admin |
Danimarka öz sularından keçən neft tankerlərinə nəzarəti gücləndirəcək. Qarabaginfo.az xəbər verir ki, bu barədə Danimarka hökumətinin bəyanatında bildirilir. Bu Avropanın Kremlə sanksiyalardan qaçmağa kömək edən Rusiyanın “kölgə donanması”na qarşı mübarizə səylərini gücləndirəcək. Məlumatda qeyd olunur ki, Danimarka tərəfi “kölgə donanması” tərəfindən tez-tez istifadə olunan və vəziyyəti pis olduğu üçün ekoloji təhlükə yaradan köhnə gəmilərə xüsusi diqqət yetirəcək. Danimarkanın ətraf mühitin mühafizəsi naziri Maqnus Heyunike bildirib ki, Danimarka ərazi sularından keçən kifayət qədər sayda köhnəlmiş tanker var. Geri dön |