Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Rusiyada 6 turist itkin düşüb
Ana Sayfa > Karusel / Dünya > Rusiyada 6 turist itkin düşüb

Rusiyada 6 turist itkin düşüb


6-10-2025, 07:45. Yazar: Admin

Rusiyada 6 turist itkin düşüb

Rusiyanın Kamçatka vilayətində “Akvarium” adlı təbii əraziyə yürüş zamanı altı turist itkin düşüb.

Qarabaginfo.az xəbər verir ki, onlar 3 oktyabrda Yelizovski rayonuna yola düşmüş və 5-də geri qayıtmalı imişlər. Lakin onlar hələ də evə qayıttmayıblar.

Onların harada olduqları məlum deyil, qrupla əlaqə saxlamaq mümkün olmayıb. Axtarışların aparıldığı ərazidə sutka ərzində sulu qar və güclü yağıntılar yağıb.

Axtarışlara dron cəlb edilib. Turistlər qeydiyyatdan keçmədiyi üçün yaxınları həyəcan təbili çalıb.

Hava şəraiti və ərazinin uzaqlığı da axtarışları çətinləşdirir.


Geri dön