Ana Sayfa > Karusel / Dünya > Ağ Ev Trampın varisinin adını açıqlayıb
Ağ Ev Trampın varisinin adını açıqlayıb6-10-2025, 07:42. Yazar: Admin |
ABŞ-ın vitse-prezidenti Ceyms Vens Respublikaçılar Partiyasının prezidentliyə növbəti namizədi ola bilər. Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio deyib. "Mən inanıram ki, Respublikaçıların növbəti namizədi, əgər namizəd olmaq qərarına gəlsə, vitse-prezident Vens olacaq. O, mənim yaxşı dostumdur və əla iş görür. Mən deyərdim ki, bizim əla komandamız var və hamımız prezident üçün çalışırıq", - Rubio bildirib. Qeyd edək ki, may ayının sonunda ABŞ-ın nüfuzlu “The Hill” qəzeti 2028-ci ildə Respublikaçılar Partiyasından namizəd olmaq üçün Trampın varisi kimi yeddi mümkün namizədin siyahısını dərc etmişdi,. Siyahıda onun böyük oğlu kiçik Donald Tramp da yer almışdı. Geri dön |