Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Kobaxidze: Aİ səfiri Tbilisidə baş verənlərə görə məsuliyyət daşıyır
Ana Sayfa > Karusel / Dünya > Kobaxidze: Aİ səfiri Tbilisidə baş verənlərə görə məsuliyyət daşıyır

Kobaxidze: Aİ səfiri Tbilisidə baş verənlərə görə məsuliyyət daşıyır


5-10-2025, 10:16. Yazar: Admin

Kobaxidze: Aİ səfiri Tbilisidə baş verənlərə görə məsuliyyət daşıyır

“Avropa İttifaqının Gürcüstandakı səfiri Tbilisidə baş verənlərə görə xüsusi məsuliyyət daşıyır”.

Qarabaginfo.az xəbəri verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı tərəfindən Gürcüstanda hakimiyyətin devrilməsinə cəhdlərə dəstək bəyanatları eşidilib.

“Bu fonda diplomat çıxıb şəhərin küçələrində baş verənləri qəti şəkildə pisləməlidir. Bu, onun birbaşa məsuliyyətidir”, - İ.Kobaxidze əlavə edib.

Qeyd edək ki, bu yaxınlarda Avropa Komissiyasının mətbuat katibi Anita Hipper gürcü xalqının dinc etiraz etmək hüququ olduğunu və Gürcüstan hakimiyyəti onun səsini mütləq eşitməli olduğunu deyib. Bu bəyanatdan sonra Gürcüstan hakimiyyəti bildirib ki, ölkədə təşkil olunacaq mitinqdə baş verə biləcək zorakılığa görə Avropa Komissiyası məsuliyyəti bölüşməli olacaq.


Geri dön