Ana Sayfa > Karusel / Dünya > Qazaxıstanlı magistrantlar ATU-da elmi-təcrübə proqramını uğurla tamamlayıblar
Qazaxıstanlı magistrantlar ATU-da elmi-təcrübə proqramını uğurla tamamlayıblar5-10-2025, 10:13. Yazar: Admin |
Marat Ospanov adına Qərbi Qazaxıstan Tibb Universitetinin 15 magistr tələbəsi Azərbaycan Tibb Universitetində (ATU) iki həftəlik elmi-təcrübə proqramında iştirak edərək proqramı uğurla başa vurub. Qarabaginfo.az xəbər verir ki, akademik mobillik proqramı çərçivəsində baş tutan bu təcrübə beynəlxalq təhsil əməkdaşlığının inkişafına töhfə verib. ATU-nun rektoru, professor Gəray Gəraybəyli Qazaxıstanlı magistrantlarla görüşüb. Görüş zamanı professor Gəraybəyli iki universitet arasında qurulan elmi və akademik əlaqələrin əhəmiyyətini vurğulayıb: "Azərbaycan Tibb Universiteti beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. Tələbə və müəllim mübadiləsi – tədris keyfiyyətinin yüksəldilməsi, elmi yanaşmaların paylaşılması və ortaq layihələrin təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir." Magistrantlar ATU-nun müxtəlif ixtisas kafedralarında nəzəri və praktiki təlimlərə cəlb olunublar. Onlar Təcili tibbi yardım, Farmakologiya, Əczaçılıq kimyası, Əczaçılıq texnologiyası və idarəedilməsi,I-ci və III-cü Daxili xəstəliklər, II-ci Mamalıq və ginekologiya, Terapevtik stomatologiya, Tibbi və bioloji fizika, Dəri-zöhrəvi xəstəlikləri, Ailə təbabəti və İctimai sağlamlıq və səhiyyənin təşkili kafedralarında bilik və bacarıqlarını artırıblar. Görüşün sonunda tələbələrə ATU-da keçdikləri elmi-təcrübə proqramını təsdiq edən sertifikatlar təqdim olunub. Qazaxıstanlı tələbələr ATU-da qarşılaşdıqları yüksək səviyyəli tədris və klinik mühitə görə təşəkkür edərək, bu təcrübənin onların gələcək tibbi fəaliyyətinə müsbət təsir göstərəcəyini bildiriblər. Geri dön |