Ana Sayfa > Karusel / Dünya > İsraildə saxlanılan Polşa vətəndaşı aclıq aksiyasına başlayıb
İsraildə saxlanılan Polşa vətəndaşı aclıq aksiyasına başlayıb5-10-2025, 09:22. Yazar: Admin |
İsrail hərbçiləri tərəfindən saxlanılan Polşa vətəndaşı aclıq aksiyası elan edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə RMF FM radiostansiyası məlumat yayıb. İsrail hərbçiləri bundan əvvəl Qəzza zolağı sahillərinə doğru üzən Sumud Donanmasında olan fəalları saxlayıblar. Onların arasında Seymin (parlament) deputatı olan Frantişek Sterçevski də daxil olmaqla bir neçə Polşa vətəndaşı olub. “Nomada” assosiasiyasının sədri və Qəzzaya gedən beynəlxalq donanmanın İsrail tərəfindən saxlanılan dörd polşalı fəalından biri Nina Ptak İsrail həbsxanasında aclıq aksiyasına başlayıb. O aclıq aksiyasına İsrailin qeyri-qanuni hərəkətlərinə etiraz olaraq və həbsdə olan və işgəncələrə məruz qalan fələstinlilərlə həmrəylik məqsədilə başladığını bildirib. Polşanın Xarici İşlər Nazirliyinin məlumatına görə, cümə günü saxlanılan Polşa vətəndaşlarına İsraili tərk etmək və Polşaya qayıtmaq üçün sürətləndirilmiş prosedurdan istifadə etmək imkanı təklif olunub. Onların hamısı könüllü deportasiya blankını imzalamaqdan imtina edib. Bu isə o deməkdir ki, onlar indi İsraildə məhkəməni gözləyəcəklər. Geri dön |