Ana Sayfa > Karusel / Dünya > Makron Lekornuya bazar gününə qədər hökuməti qurmağı tapşırıb
Makron Lekornuya bazar gününə qədər hökuməti qurmağı tapşırıb5-10-2025, 09:08. Yazar: Admin |
Fransa prezidenti Emmanuel Makron ölkənin yeni baş naziri Sebastien Lekornuya bazar günü axşama qədər hökuməti qurmağı tapşırıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə BFMTV Makronun Dirçəliş partiyasındakı mənbəyə istinadən məlumat yayıb. “Makron hökuməti formalaşdırmaq üçün Sebastien Lekornuya bazar günü axşama qədər vaxt verdi”, - məlumatda deyilir. Eyni mənbələrə görə, Lekornunun yeni Fransa hökumətinin tərkibini bazar ertəsi səhərdən gec olmayaraq elan edəcəyi gözlənilir. Telekanal yazır ki, Makron ölkənin solçuları ilə dialoq üçün hazırlanmış kabinetin formalaşmasını tələb edib. Geri dön |