Ana Sayfa > Karusel / Region > Kobaxidze: “Gürcü Arzusu” seçkilərdə inamlı qələbə qazanacaq
Kobaxidze: “Gürcü Arzusu” seçkilərdə inamlı qələbə qazanacaq4-10-2025, 12:03. Yazar: Admin |
|
“Yerli seçkilər dinc şəraitdə keçirilir, “Gürcü Arzusu” inamlı qələbə əldə edəcək”. Qarabaginfo.az xəbəri verir ki, bunu Gürcüstanın hakim partiyasının sədri, Baş nazir İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, “Gürcü Arzusu”nun araşdırmalarına əsasən, partiya bütün ölkə üzrə 60%-dən çox səs qazanacaq. “Hesab edirəm ki, Tbilisidə və bütün bələdiyyələrdə merliyə namizədlərimiz 60 faizdən çox səs toplayacaqlar. Bizim çox yaxşı gözləntilərimiz var”, - Baş nazir söyləyib. İ.Kobaxidze qeyd edib ki, “Gürcü Arzusu” ölkəyə sülh və tərəqqi gətirən yeganə partiyadır. Geri dön |