Ana Sayfa > Karusel / Dünya > Finlandiya-Rusiya sərhədində NATO-nun Quru Qoşunlarının qərargahı açılıb

Finlandiya-Rusiya sərhədində NATO-nun Quru Qoşunlarının qərargahı açılıb


3-10-2025, 17:09. Yazar: Admin

Finlandiya-Rusiya sərhədində NATO-nun Quru Qoşunlarının qərargahı açılıb

Bu gün Sankt-Peterburqdan 300 km məsafədə yerləşən Finlandiyanın Mikkeli şəhərində NATO-nun Quru Qoşunlarının qərargahının rəsmi açılışı olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Hyakkänen özünün “X” hesabında bildirib.

“2023-cü ilin payızında biz NATO üzvü kimi qarşımıza ilk vəzifəmizi qoyduq - Finlandiyada NATO-nun qərargahının yerləşdirilməsini təmin etmək. 2024-cü ilin iyununda NATO müdafiə nazirlərinin görüşündə məqsədimiz təsdiqləndi. İndi bir il sonra, Finlandiyada qərargahı açırıq”, - müdafiə naziri mərasimdə deyib.

Hyakkänen qeyd edib ki, qərargahın fəaliyyəti NATO-nun təhlükəsizliyini gücləndirəcək, eyni zamanda, Finlandiyanın təhlükəsizliyini artıracaq.

Finlandiya Müdafiə Nazirliyinin bəyanatında isə qeyd olunub ki, qərargah Şimali Avropada NATO-nun Quru Qoşunlarının fəaliyyətini planlaşdıracaq və əlaqələndirəcək: “Adi şəraitdə qərargah NATO təlimləri və digər tədbirlərin keçirilməsinə cavabdeh olacaq, fövqəladə hallarda isə Şimal Uzaqlarında quru əməliyyatları və müdafiəni idarə edərək planlaşdıracaq”.


Geri dön