Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Belçikada hərbi bazanın üzərində 15 PUA aşkarlanıb
Ana Sayfa > Karusel / Dünya > Belçikada hərbi bazanın üzərində 15 PUA aşkarlanıb

Belçikada hərbi bazanın üzərində 15 PUA aşkarlanıb


3-10-2025, 14:39. Yazar: Admin

Belçikada hərbi bazanın üzərində 15 PUA aşkarlanıb

Belçikanın Elzenborn hərbi bazası üzərində 15 pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə VRT telekanalı məlumat verib.

Məlumata görə, daha sonra həmin PUA-lar Almaniyanın hava məkanına daxil olublar.

“Hazırda dronların mənşəyi və onların kim tərəfindən idarə olunduğu məlum deyil”, - telekanal bildirir.

Elzenborn bazası Belçika ordusunun təlim düşərgəsi kimi fəaliyyət göstərir və burada hərbçilərin atıcılıq hazırlığı, eləcə də PUA-ların sınaqları keçirilir.

Qeyd edək ki, daha əvvəl Almaniya üzərində PUA-ların aşkar edilməsi səbəbi ilə Münhen hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb.


Geri dön