Ana Sayfa > Karusel / Gündəm > Gələn il İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri 4,3 faiz artırılacaq

Gələn il İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri 4,3 faiz artırılacaq


29-12-2020, 11:49. Yazar: Admin

Gələn il İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri 4,3 faiz artırılacaq

 

 

Azərbaycanın 2021-ci il dövlət büdcəsində İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri bərabər olaraq 157 milyon 769 min 146 manat olacaq.

Qarabaqinfo.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirə edilən “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Bu da cari ilin proqnozu ilə müqayisədə 6,6 milyon manat və ya 4,3 faiz çoxdur.

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.


Geri dön