Ana Sayfa > Karusel / Dünya > Slovakiya ABŞ-dan aldığı F-16 qırıcısının yeddisini təhvil alıb

Slovakiya ABŞ-dan aldığı F-16 qırıcısının yeddisini təhvil alıb


3-10-2025, 08:25. Yazar: Admin

Slovakiya ABŞ-dan aldığı F-16 qırıcısının yeddisini təhvil alıb

Slovakiya ABŞ-dan aldığı 14 “F-16 Block 70” tipli döyüş təyyarəsindən yeddisini təhvil alıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə TASR xəbər agentliyi məlumat verib.

Məlumata görə oktyabrın 2-də axşam Slovakiyanın qərbindəki Kuhine hərbi aerodromuna biri tək və biri iki yerlik olan iki ədəd “F-16 Block 70” qırıcı təyyarəsi eniş edib.

Hazırda təyyarə texniki qəbuldan keçir və bundan sonra agentliyin məlumatına görə, onlar təlim uçuşlarına başlayacaqlar.

Qeyd edək ki, Slovakiya 2018-ci ilin sonunda 14 ədəd “F-16 Block 70” döyüş təyyarəsinin alınmasına dair müqavilə imzalayıb.


Geri dön