Ana Sayfa > Karusel / Dünya > Britaniyanın xarici kəşfiyyatı Mİ6-ya ilk dəfə qadın rəhbərlik edəcək
Britaniyanın xarici kəşfiyyatı Mİ6-ya ilk dəfə qadın rəhbərlik edəcək3-10-2025, 08:23. Yazar: Admin |
|
Britaniya kəşfiyyatının zabiti olan Bleyz Metreveli Mİ-6-nın rəhbəri vəzifəsinə təyinat alıb və o bu vəzifəni tutan ilk qadın olub. Qarabaginfo.az xəbər verir ki, “The Times” qəzetinin məlumatına görə, o, oktyabrın 1-də məxfi xidmətə beş il rəhbərlik etmiş Riçard Murdan sonra vəzifəsinin icrasına başlayıb. 48 yaşında Metreveli 1909-cu ilə qədər uzanan Mİ6-nın tarixində ən gənc rəhbərdir. O, 1999-cu ildə xarici kəşfiyyatda işləməyə başlayıb. Metreveli vaxtının çox hissəsini Yaxın Şərqdə müxtəlif yerlərdə keçirib. Məlumatda həmçinin bildirilir ki, o, ərəb dilini mükəmməl bilir və uşaqlıqda Səudiyyə Ərəbistanında yaşayıb. Geri dön |