Ana Sayfa > Karusel / Dünya > Putin nüvə sınağına hazırlıq görən ölkələrə xəbərdarlıq edib

Putin nüvə sınağına hazırlıq görən ölkələrə xəbərdarlıq edib


3-10-2025, 08:17. Yazar: Admin

Picture background

Rusiya prezidenti Vladimir Putin nüvə sınağı ilə bağlı xəbərdarlıq edib.

Qarabaginfo.az xəbər verir ki, "Valday" diskussiya klubunun plenar iclasında ekspertlərin suallarını cavablandıran Putin bəzi ölkələrin nüvə sınaqları hazırladıqlarını bildiyini söyləyib.

"Bəzi ölkələr bu sınaqları hazırlayır. Biz bunu görürük, bilirik. Əgər onlar baş verərsə, biz də eyni şeyi edəcəyik", - deyə Rusiya prezidenti vurğulayıb.

Putin Rusiyanın ABŞ-dan daha çox taktiki silahının olduğunu da qeyd edib.

O, Rusiyada yeni hipersəs silah sistemlərinin peyda ola biləcəyini və bu istiqamətdə hazırda iş getdiyini əlavə edib.


Geri dön