Ana Sayfa > Karusel / Dünya > Kreml Sandunun Dnestryanı ilə bağlı mövqeyinə görə təəssüflənir

Kreml Sandunun Dnestryanı ilə bağlı mövqeyinə görə təəssüflənir


2-10-2025, 13:24. Yazar: Admin

Kreml müharibə ilə bağlı şərtini açıqladı: "Yalnız bundan sonra..." - Globalinfo.az

Moldova Prezidenti Maya Sandunun Rusiya qüvvələrinin Dnestryanı ərazini tərk etməsi üçün həll yolunun tapılmasının zəruriliyi ilə bağlı açıqlamaları Kremldə təəssüf doğurur.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü qeyd edib ki, belə mövqeyə yalnız təəssüf etmək olar.

Qeyd edək ki, Moldovada keçirilən parlament seçkilərində qələbədən sonra Sandu Kişinyovun şərtləri ilə Dnestryanını Moldova Respublikasına yenidən inteqrasiya etmək niyyətində olduğunu bəyan edib. Moldova Prezidenti hesab edir ki, buna nail olmaq üçün Rusiya ordusu regionu tərk etməlidir.


Geri dön