Ana Sayfa > Karusel / Dünya > Zelenski Kopenhagenə səfər edib

Zelenski Kopenhagenə səfər edib


2-10-2025, 12:23. Yazar: Admin

Zelenski Kopenhagenə səfər edib

Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi Birliyi sammitində iştirak etmək üçün Kopenhaqenə gedib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı “RBK-Ukrayna” yayıb.

Bildirilib ki, Zelenski sammitin keçirildiyi Bella Center kompleksini ziyarət edib və Danimarka Baş naziri Mette Frederiksen ilə qısa danışıqlar aparıb.

Mette Frederiksen görüş zamanı bir sıra sahələrdə əməkdaşlığın gücləndirilməsinin müzakirə edildiyini deyib.

"Bir neçə məsələni müzakirə etdik, xüsusilə dronları. Ukrayna Avropaya və Danimarkaya yardım edir və biz əməkdaşlığı gücləndirməyi planlaşdırırıq. Texnologiyalar çox sürətlə inkişaf edir və pilotsuz uçuş aparatları hibrid müharibənin əsas elementlərindən biridir", - Frederiksen qeyd edib.


Geri dön