Ana Sayfa > Karusel / Dünya > Ukrayna Rusiya bölgələrinə PUA-larla hucum edib

Ukrayna Rusiya bölgələrinə PUA-larla hucum edib


2-10-2025, 10:24. Yazar: Admin

 

Ötən gecə Ukrayna Rusiya bölgələrinə PUA zərbələri endirib.

Qarabaginfo.az bildirir ki, Müdafiə Nazirliyinin məlumatına görə,  bu gecə Rusiya bölgələri üzərində 85 Ukrayna PUA-sı vurulub.

Voronej vilayəti üzərində 38 sabit qanadlı pilotsuz uçuş aparatı məhv edilib.

Bundan əlavə, Krım səmasında 13, Belqorod vilayətində 11, Saratov vilayətində 10, Rostov vilayətində 7, Volqoqrad vilayətində 4 və Penza vilayəti üzərində iki pilotsuz təyyarə vurulub.


Geri dön