Ana Sayfa > Karusel / Dünya > Ərdoğan: F-35-lərin pulu ödənilib, proses nəzarətdə saxlanılır
Ərdoğan: F-35-lərin pulu ödənilib, proses nəzarətdə saxlanılır2-10-2025, 08:25. Yazar: Admin |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla F-35 qırıcı təyyarələrinin Türkiyəyə təhvil verilməsi məsələsini müzakirə etdiyini bildirib. Qarabaginfo.az xəbər verir ki, Ərdoğan sözügedən təyyarələr üçün ödənişin artıq edildiyini vurğulayıb. “Biz onlara dedik ki, pulu verdik, siz isə hələ də F-35-ləri verməmisiniz. İndi bu prosesi nəzarətdə saxlayırıq”, – Ərdoğan əlavə edib. Geri dön |