Ana Sayfa > Karusel / Təhsil > Kolleclərin boş qalan yerlərinə əlavə yerləşdirmə ilə qəbul olunanlar üçün qeydiyyat başlayır

Kolleclərin boş qalan yerlərinə əlavə yerləşdirmə ilə qəbul olunanlar üçün qeydiyyat başlayır


Dünən, 16:26. Yazar: Admin

Picture background

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə nəticəsində qəbul olunanlar üçün qeydiyyat prosesinə 2 oktyabr saat 11:00-da start veriləcək.

Bu barədə Qarabaginfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Namizədlər https://portal.edu.az/ üzərindən “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat 9 oktyabr saat 18:00-da yekunlaşacaq.

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.


Geri dön