Ana Sayfa > Karusel / Siyasət > Baş nazir: Gürcüstan Orta Dəhlizin mərkəzində dayanır
Baş nazir: Gürcüstan Orta Dəhlizin mərkəzində dayanırDünən, 15:50. Yazar: Admin |
Gürcüstan Avropa və Asiya bazarlarını birləşdirən ən qısa və ən sabit marşrut olan Orta Dəhlizin mərkəzində dayanır. Qarabaginfo.az xəbəri verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Euronews” telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Gürcüstan bu rola uyğunlaşmaq üçün əhəmiyyətli sərmayələr yatırır: “Anaklia dərin dəniz limanı Qara dənizdəki ən müasir liman olacaq. Biz yaşıl enerji ixracatçısı kimi bütün potensialımızı üzə çıxarmaqla yanaşı, nəqliyyat, logistika və rəqəmsal infrastrukturu genişləndirir və modernləşdiririk”. Geri dön |