Ana Sayfa > Karusel / Siyasət > Şalva Papuaşvili: AŞPA qətnaməsinin hər abzası yalandır

Şalva Papuaşvili: AŞPA qətnaməsinin hər abzası yalandır


Dünən, 14:59. Yazar: Admin

Şalva Papuaşvili

 

AŞPA-nın Gürcüstanla bağlı qətnamə layihəsinin bəzi abzaslarını oxumuşam. Hər bir abzas yalandır, həqiqətdən uzaqdır.

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Mixeil Saakaşvilinin siyasi məhbus adlandırıldığı AŞPA-da qəbul olunan qətnamələr Gürcüstan üçün heç bir dəyər kəsb etmir: “Bu cür sənədlər dəfələrlə uğursuzluqla nəticələnib və onların gürcü xalqı ilə heç bir əlaqəsi yoxdur”.

Qeyd edək ki, sabah AŞPA-da Gürcüstanla bağlı debat keçiriləcək. Qurumun ölkə ilə bağlı qətnamə layihəsində Gürcüstanda “demokratik böhran”la bağlı dərin narahatlıq ifadə olunub.


Geri dön