Ana Sayfa > Karusel / Region > Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 107 əcnəbi deportasiya edilib
Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 107 əcnəbi deportasiya edilibDünən, 14:57. Yazar: Admin |
Ötən ay Gürcüstanda yaşama və olma qaydalarını pozan 107 əcnəbi ölkədən çıxarılıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Rusiya, Azərbaycan, Hindistan, Pakistan, Misir, Türkiyə, İran, Nigeriya, Kamerun, Sudan, Banqladeş, İordaniya, Myanmar, Nepal, Suriya və Efiopiya vətəndaşları olan həmin şəxslərin ölkəyə girişi qadağan edilib. DİN-in məlumatına əsasən, bu ilin ilk 9 ayı ərzində Gürcüstandan 852 nəfər xarici ölkə vətəndaşı qovulub ki, bu da 2022, 2023 və 2024-cü illərdə deportasiya edilmiş əcnəbilərin ümumi sayını əhəmiyyətli dərəcədə üstələyir. Geri dön |