Ana Sayfa > Karusel / Qarabağ > Azad edilmiş ərazilərdə ötən ay daha 640 mina, 5286 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə ötən ay daha 640 mina, 5286 PHS aşkarlanıb


Dünən, 14:32. Yazar: Admin

Picture background

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən sentyabr ayında icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Qarabaginfo.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 522 piyada əleyhinə mina, 118 tank əleyhinə mina, 5286 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 5 622,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.


Geri dön