Ana Sayfa > Karusel / Təhsil > Xankəndidə məktəb direktoru vəzifəsindən azad edildi

Xankəndidə məktəb direktoru vəzifəsindən azad edildi


Dünən, 14:07. Yazar: Admin

Xankəndidə məktəb direktoru vəzifəsindən azad edildi

Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin direktoru Cəmilə Əhmədova tutduğu vəzifədən azad olunub.

Qarabaginfo.az Yenisabah.az-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrə əsasən, Cəmilə Əhmədova işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Xankəndi şəhər 4 nömrəli tam orta məktəb ötən il istifadəyə verilib və Cəmilə Əhmədova həmin vaxt məktəbin direktoru vəzifəsinə təyin olunmuşdu.Hazırda məktəbə yeni direktorun təyinatı ilə bağlı qərar verilməyib.

 


Geri dön