Ana Sayfa > Karusel / Siyasət > Putinlə görüşən kimi Nikol Bakıya qarşı “başladı...”

Putinlə görüşən kimi Nikol Bakıya qarşı “başladı...”


Dünən, 13:43. Yazar: Admin

Moskvada keçirdiyi brifinqdən sonra Paşinyan Zəngəzur dəhlizi ilə bağlı ritorikasını kəskin şəkildə sərtləşdirərək, öz təxribatında Azərbaycanı günahlandırmağa cəhd edib.

Qarabaginfo.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

“Aydındır ki, Vladimir Putin ona Donald Trampın layihəsi ilə bağlı nəsə etməyi qadağan edib. Ermənistanın AB-yə üzvlüyü və Moskvadan uzaqlaşma ilə bağlı söhbətlər sadəcə maskalanmadır. Bu il mayın 9-dakı Moskva paradının fəxri qonağı “sürgün edilmiş kazak” funksiyasını vicdanla yerinə yetirməyə davam edəcək.

P.S. Paşinyan ancaq bu ərazidə sərhədin demarkasiyası və delimitasiyası ilə maraqlanır”, - politoloq bildirib.

Qeyd edək ki, Putinlə Paşinyanın görüşü 26 sentyabrda Moskvada baş tutmuşdu.

 


Geri dön