Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda aqrar sahədə süni intellektin tətbiqi üzrə yol xəritəsi hazırlanır
Azərbaycanda aqrar sahədə süni intellektin tətbiqi üzrə yol xəritəsi hazırlanırDünən, 10:40. Yazar: Admin |
Beynəlxalq tərəfdaşlarla birlikdə artıq ikiillik rəqəmsal və süni intellekt yol xəritəsi hazırlayırıq. Qarabaginfo.az xəbər verir ki, bunu "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) üçüncü günündə kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib. “Yol xəritəsi məhsul müxtəlifliyinin xəritələşdirilməsindən və torpağın monitorinqindən tutmuş məhsuldarlığın proqnozlaşdırılmasına və suya qənaət edən suvarmaya qədər sahələri əhatə edir. Pilot layihələr artıq həyata keçirilir və yaxın zamanda ölkə üzrə tətbiq olunacaq. Bu data əsaslı alətlər fermerlərimizə daha ağıllı qərarlar verməyə, davamlılığı gücləndirməyə və illər ərzində əhəmiyyətli iqtisadi dəyər yaratmağa kömək edəcək”. O vurğulayıb ki, ağıllı kənd təsərrüfatı suyun və torpağın dayanıqlı idarə olunması ilə yanaşı getməlidir: Geri dön |