Ana Sayfa > Karusel / İqtisadiyyat > Zaur Mikayılov: Əhalinin yalnız üçdə birinin müasir kanalizasiya xidmətlərinə çıxışı var
Zaur Mikayılov: Əhalinin yalnız üçdə birinin müasir kanalizasiya xidmətlərinə çıxışı var1-10-2025, 10:39. Yazar: Admin |
Azərbaycanda iqlim fəaliyyəti sudan ayrı deyil. Bizim rifahımız, ərzaq təhlükəsizliyimiz, enerjimiz və ictimai sağlamlığımız hər bir damcı sudan necə ağıllı istifadə etməyimizdən asılıdır. O qeyd edib ki, ötən il Prezidentin Fərmanı ilə Azərbaycanda “Su ehtiyatlarından səmərəli istifadə üzrə Milli Strategiya”(2024–2040) təsdiq edilib: Bu vəzifənin təxirəsalınmazlığı aydındır. 1980-ci ildən bəri şirin su ehtiyatlarımızın təxminən dörddə bir hissəsi azalıb. Xəzər dənizinin səviyyəsi demək olar ki, iki metr, Kür çayının səviyyəsi isə oxşar həddə enib. Bunlar proqnoz yox, faktlardır, bölgəmizdə iqlim dəyişikliyinin canlı sübutudur. Eyni zamanda, şəbəkələrimizdə səmərəsizlik davam edir. İçməli su və suvarma itkiləri yüksək olaraq qalır, əhalinin yalnız üçdə biri müasir kanalizasiya xidmətlərinə çıxış imkanına malikdir. Bu problemləri görməməzlikdən gəlmək olmaz”. Geri dön |