Ana Sayfa > Karusel / Siyasət > Bakı İqlim Fəaliyyəti Həftəsində davamlı moda və iqlim təsirləri müzakirə olunub
Bakı İqlim Fəaliyyəti Həftəsində davamlı moda və iqlim təsirləri müzakirə olunub30-09-2025, 21:28. Yazar: Admin |
“Bakı İqlim Fəaliyyəti Həftəsi” çərçivəsində “UNFCCC COP-larında Moda İnqilabına doğru addımlar və davamlı modadakı ən son tendensiyalar” mövzusunda dəyirmi masa keçirilib. Qarabaginfo.az xəbər verir ki, tədbirdə Azərbaycan və Avropadan olan sahə mütəxəssisləri iştirak edib. Diskussiya zamanı modanın qlobal karbon emissiyasının 8-10%-ni təşkil etdiyi, lakin iqlim müzakirələrindən və iqlim çempionlarının diqqətindən kənarda qaldığı vurğulanıb. Tədbirdə yerli və xarici ekspertlər moda sahəsinin iqlim fəaliyyəti planlarına daxil edilməsinin yollarını, eləcə də modada istifadə olunan materialların emissiya payının azaldılmasının metodları müzakirə olunub. Geri dön |