Ana Sayfa > Karusel / Region > İrəvanda partlayış baş verib, 4 nəfər yaralanıb
İrəvanda partlayış baş verib, 4 nəfər yaralanıb30-09-2025, 20:42. Yazar: Admin |
Bu gün İrəvan şəhərinin Ayasa küçəsində yerləşən tikiş sexində partlayış baş verib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası Milli Böhran İdarəetmə Mərkəzinə istinadən məlumat yayıb. Partlayış nəticəsində 4 nəfər xəstəxanaya yerləşdirilib. Məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə dəstəsi göndərilib. Fəaliyyətsiz sexin birinci mərtəbəsindəki otaqlardan birində hələ müəyyən edilməmiş səbəblərdən partlayışın baş verdiyi bildirilir. Geri dön |