Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Çexiya Rusiyanın diplomatik və xidməti pasport sahiblərinin ölkəyə girişinə qadağa qoyub
Ana Sayfa > Karusel / Dünya > Çexiya Rusiyanın diplomatik və xidməti pasport sahiblərinin ölkəyə girişinə qadağa qoyub

Çexiya Rusiyanın diplomatik və xidməti pasport sahiblərinin ölkəyə girişinə qadağa qoyub


30-09-2025, 17:11. Yazar: Admin

Çexiyanın xarici işlər naziri Yan Lipavski

 

Çexiya Rusiyanın diplomatik və xidməti pasport sahiblərinin ölkəyə girişinə qadağa qoyub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski özünün “X”sosial şəbəkəsindəki səhifəsində məlumat verib

Nazirin sözlərinə görə, belə pasportlara sahib olan şəxslər yalnız Çexiya hakimiyyətindən akkreditasiya aldıqları halda ölkəyə daxil ola biləcəklər.

"Avropada təxribat əməliyyatlarının sayı artır və biz diplomatik örtük altında fəaliyyət göstərən [Rusiya] agentlərini qəbul edərək riskə getməyəcəyik. Biz digər ölkələrə nümunə göstəririk və mən Şengen səviyyəsində ən sərt tədbirlərin görülməsi üçün çalışacağam. Çexiyanı qoruyacağıq", – Lipavski qeyd edib.


Geri dön